Daşkəsəndə qaçırılan qız geri qaytarıldı

Daşkəsəndə qaçırılan qız geri qaytarıldı
23:00 17-10-2019 | icon 36

Daşkəsən sakini evlənmək məqsədi ilə sevdiyi qızı qaçırıb.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qabaqtəpə kəndində yaşayan 2000-ci il təvəllüdlü Həsənov Arzuman Çingiz oğlu evlənmək məqsədilə həmyerlisi L.Əliyevanı qaçırıb.

Daşkəsən rayon Polis Şöbəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri ilə qız və onu qaçıran şəxsin yeri müəyyən edilib.

Nəticədə qaçırılan qız ailəsinə təhvil verilib. Arzuman Həsənov ilkin ifadəsində hadisəni evlənmək məqsədilə etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.