Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi - FOTO

Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi - FOTO
21:45 17-10-2019 | icon 64

Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər.

Bunu karateçimiz Ayxan Mamayevin dostu olan sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov milletinsesi.info-a açıqlamasında deyib.