Şvartsnegger və Hemilton qırmızı xalçada öpüşdülər - FOTO

Şvartsnegger və Hemilton qırmızı xalçada öpüşdülər - FOTO
20:55 17-10-2019 | icon 43

Londonda “Terminator: Qaranlıq talelər” fantastik döyüş filminin təqdimatı baş tutub. Təqdimatda məşhur aktyorlar Arnold Şvartsnegger, Linda Hemilton, Makkenzi Devis, Qabriel Luna və rejissor Tim Miller iştirak ediblər. 

1984-cü ildə çəkilmiş birinci “Terminator”da da birlikdə rol alan Şvartsnegger və Hemilton qırmızı xalçada qucaqlaşıb, öpüşüblər. 

“Terminator: Qaranlıq talelər” məşhur franşizanın 6-cı filmidir. Filmdə Sara Konnor yenidən planetə görə mübarizə aparır.