Türkiyə Fransadan xalla dönür, Ukrayna Avropa çempionatında - VİDEO

Türkiyə Fransadan xalla dönür, Ukrayna Avropa çempionatında - VİDEO
01:30 15-10-2019 | icon 65

AÇ-2020-nin seçmə mərhələ oyunları davam edir.  

milletinsesi.info xəbər verir ki, bu gün VIII turun daha 7 görüşü keçirilib. 

A qrupunda Bolqarıstanın qonağı olan İngiltərə yığması darmadağına sevinib. Digər oyunda Kosovo da inamlı qələbə qazanıb. 

B qrupunda liderlər Ukrayna ilə Portuqaliya qarşılaşıb. Meydan sahibləri qələbə ilə final mərhələsinə vəsiqə qazanıblar. 

Günün ən maraqlı oyunu H qrupunda keçirilib. Eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gəlib. İki komandadan biri final mərhələsində vəsiqə əldə edə bilərdi. Amma tərəflər meydanı heç-heçə ilə tərk ediblər. 

  

AVRO-2020-nin seçmə mərhələsi 

VIII tur 

14 oktyabr 

A qrupu 

Kosovo – Monteneqro 2:0 
Qol:
Rahmani, 10. Muriqi, 34. 

Bolqarıstan - İngiltərə 0:6 
Qol:
Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85. 

 

B qrupu 

Ukrayna – Portuqaliya 2:1 
Qol:
Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen. 

Litva – Serbiya 1:2 
Qol:
Kazlauskas, 79 – Mitroviç, 49; 53. 

 

H qrupu 

Moldova – Albaniya 0:4 
Qol:
Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90. 

İslandiya – Andorra 2:0 
Qol:
Siqurdsson, 38. Siqtorsson, 65. 

Fransa – Türkiyə 1:1 
Qol:
Jiru, 76 – K.Ayhan, 82.