Lalə yenə aranı qatdı: Guya hamınız “Maşın”a düz yolla gəlmisiniz? - VİDEO

Lalə yenə aranı qatdı: Guya hamınız “Maşın”a düz yolla gəlmisiniz? - VİDEO
00:00 15-10-2019 | icon 36

“Maşın” şounun gedişatında daha bir qalmaqallı süjet yayımlanıb.  

milletinsesi.info xəbər verir ki, üç iştirakçı - Ramal İsrafilov, Kəmalə Piriyeva və Lalə Mustafayeva arasında gərgin anlar yaşanıb.  

Ramal ilə Kəmalə birləşərək Laləyə təzyiq göstəriblər.  

Ramalın Laləyə müraciətlə “Bu gün Sunanın beyni çönüb ki, burada nə dost var, nə də ki, arkadaş”, -  deməsi qarşı tərəfi özündən çıxarıb.  

Lalə iştirakçılar tərəfindən boynuna qoyulan “Heç kimi oyundan çıxartmayacaqsan” fikrini xatırladıb: 

“Bunları mənə dedikdən sonra susdum. Dost yığışdırmaq kimi söhbətlərdə mən yoxam”.  

Ramal isə Laləyə cavab olaraq “Ən vacib olan “dördlüy”ə gəlməkdir. Sən də qalibsən, mən də və digər iki iştirakçı da”, - deyib.  

Daha sonra Lalənin “Kim çıxıb səs toplasa, heç kimi çıxartmasa, birbaşa finaldadır”, - deməsi Kəmaləyə təsirsiz ötüşməyib.  

O, məsələyə etirazını bu cür bildirib:  

“Kim çıxsa, yox. Söhbət oldu ki, Ramal razılaşır bununla. Sən, Lalə isə bunlarla razılaşmadın”. 

Lalənin göz yaşları içərisində dediyi “Tapdalaya-tapdalaya maşını qazanmaq olmaz. Çıxardın məni, rahat olun! Siz hamınız oyuna belə düz gəlmisiz?” sözləri Kəmaləni özündən çıxarıb.  

O, həmkarına qarşılıq verərək yanan ortalığı bir az da gərginləşdirib:  

“Sən mənim oyuna əyri gəldiyimi deyə bilməzsən. “Hamınız düz gəlmisiz?” sözünü bir də işlətmə. Şəxsən mənim adımı çəkmə. Bu söz nə deməkdir axı? Sən özünü müdafiə etmək üçün, hər sözdən istifadə edirsən. Bu sözləri demə”.  

Lalə isə Kəmalənin etirazına “Üzr istəyirəm. Düz, pak, qırmızı xalça yolu ilə gəlmisiz. Bir tək mən əyri yolla gəlmişəm”, - deyərək vəziyyəti sakitləşdirməyə çalışıb.  

Rəşad Əliyev