Gəncədə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib - FOTO

Gəncədə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib - FOTO
23:50 14-10-2019 | icon 64

Gəncə şəhər Gənclər Evində Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib. 

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 23 komandanın iştirak etdiyi turnirdə 130-dan çox gənc biliyini sınayıb. Gənclərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi keçirilən bu yarışda ilk yeri “Rekviem”, ikinci yeri “Eidon”, üçüncü yeri isə “Feniks” komandası tutub. 

Qalib komandalar kubok və diplomlarla təltif olunub. 

Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə badminton üzrə Gəncə birinciliyi də təşkil olunub. 2003-cü, 2004-cü, 2005-ci, 2006-cı, 2007-ci, 2008-ci və 2009-cu il təvəllüdlü qızlar və oğlanlar arasında keçirilən birincilikdə səksən nəfər mübarizə aparıb. Hər yaş qrupunda birinci, ikinci və üçüncü yerlərə çıxan idmançılar Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və fəxri fərmanla mükafatlandırılıb.