JEEP motosikleti vurub qaçdı, sürücüsü öldü

JEEP motosikleti vurub qaçdı, sürücüsü öldü
01:30 14-10-2019 | icon 40

Tovuz rayonunda zəncirvari qəza hadisəsi baş verib. 

milletinsesi.info xəbər verir ki, hadisə rayonun “avtovağzal” deyilən ərazisində qeydə alınıb.  

JEEP markalı avtomobil öncə “VAZ - 2106” markalı avtomobili, daha sonra isə motosikleti vurub. 

Nəticədə motosikletin sürücüsü ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Həkimlərin müdaxiləsinə baxmayaraq, 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu dünyasını dəyişib.  

Hadisə zamanı JEEP markalı avtomobilin sürücüsü ərazidən qaçıb. 

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.