Şamaxıda traktor vuran qadının vəziyyəti ağırdı

Şamaxıda traktor vuran qadının vəziyyəti ağırdı
21:55 13-10-2019 | icon 47

Şamaxıda traktor piyadanı vurdu.  

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. 

Rayon sakini, 1950-ci il təvəllüdlü Cəbiyeva Soltannisə Teyyub qızı yolu keçərkən onu traktor vurub.  

O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Həkimlər S.Cəbiyevanının vəziyyətini orta ağır qiymətləndirir.  

Hazırda onun cərrahiyə şöbəsindən müalicəsi davam etdirilir.  

Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.