Kürdəmirdə VAZ yoldan çıxıb aşdı, yaralı var - FOTO

Kürdəmirdə VAZ yoldan çıxıb aşdı, yaralı var - FOTO
21:30 13-10-2019 | icon 61

Kürdəmirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.  

“VAZ-2107” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. 

Nəticədə avtomibil yoldan çıxaraq aşıb.  

Qəza zamanı xəsarət alan Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğludur.  

O, Kürdəmir RMX-na çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır.