Rəcəb Tayyip Ərdoğan Bakıya gəlir

Rəcəb Tayyip Ərdoğan Bakıya gəlir
21:05 13-10-2019 | icon 49

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. 

“Hürriyyət” xəbər verir ki, səfər Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət rəhbərlərinin 7-ci zirvə toplantısı çərçivəsində baş tutacaq. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. 

Türk Şurasının yaradılması ilə bağlı imzalanmış Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq. 

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.