Ötən gün Tovuzda baş verən qətlin təfərrüatları - FOTO

Ötən gün Tovuzda baş verən qətlin təfərrüatları - FOTO
10:40 13-10-2019 | icon 72

Dünən axşam Tovuz rayonunda bir nəfərin öldürülməsi ilə nəticələnən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu mübahisə zəmnində rayon sakini Fəxrəddin Məmmədov tərəfindən ürəyindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumatlara görə, hadisə Kür çayında istirahət zamanı baş verib. Belə ki, öldürülən Asif İbrahimov dostu ilə yeyib-içən zaman onların məclisinə qətli törədən F.Məmmədov və dostları yaxınlaşıb. Bir müddət sonra tərəflər arasında mübahisə baş verib. Bu zaman Asif İbrahimovun öncə döyüldüyü, daha sonra isə öldürüldüyü deyilir.

Qətli törədən F.Məmmədov hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.Tovuz rayon Polis Şöbəsi əməkdaşları onun yerini 4 saat aparılan axtarışdan sonra müəyyən edərək həbs edib.

F.Məmmədov ilkin ifadəsində qətli törətdiyini etiraf edib.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.