Qubada Alma bayramı - FOTO

Qubada Alma bayramı - FOTO
11:35 12-10-2019 | icon 77

Qubada VI “Alma Bayramı”na start verilib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir parkın qarşısında rəsmi açılış mərasimi və möhtəşəm paradla başlanıb. Parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək. Eləcə də, müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcək.

Tədbirdə Respublikanın populyar incəsənət ustalarının, eləcə də, Quba və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert veriləcək.

Ötən ildən fərqli olaraq, bu il konsert proqramı gün ərzində davam edəcək, bayram şənliyi axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq.