Macarıstan Azərbaycanla oyun öncəsi darmadağın oldu - VİDEO

Macarıstan Azərbaycanla oyun öncəsi darmadağın oldu - VİDEO
07:15 11-10-2019 | icon 25

“Avro-2020”-nin seçmə mərhələsində 7-ci tura start verilib.

milletinsesi.info xəbər verir ki, Azərbaycan millisinin də qatıldığı “E” qrupunda 2 oyun keçirilib.

Xorvatiya millisi Split şəhərində Macarıstanı qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. İlk qolu 5-ci dəqiqədə kapitan Luka Modriç vurub, daha sonra isə hücumçu Bruno Petkoviç dubl edib (24, 42 dəq.).

Qrupun digər qarşılaşmasında Slovakiya millisi Uelslə heç-hecə edib - 1:1.

Qeyd edək ki, 2 gün sonra, növbəti turun oyunları çərçivəsində Azərbaycan millisi Budapeştdə Macarıstanın qonağı olacaq.