Bayılda avtomobil qadını vuraraq öldürüb

Bayılda avtomobil qadını vuraraq öldürüb
06:10 11-10-2019 | icon 40

Səbail rayonunda avtomobil 40-45 yaşlı qadını vurub.

milletinsesi.info xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən və şəxsiyyəti hələlik naməlum olan təxminən, 40-45 yaşlı qadını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.