Qucci ləğəbli it sahibini əziyyətli ölümdən xilas etdi

Qucci ləğəbli it sahibini əziyyətli ölümdən xilas etdi
03:30 11-10-2019 | icon 37

Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində Qucci adlı pomeraniya iti sahibini yanğından xilas edib. Bu barədə “9News” xəbər portalı məlumat yayıb.

58 yaşlı Corc Rutonskinin evi 7 oktyabr tarixində yerli vaxtla saat 23:30 radələrində yanıb. Avstraliyalı itinin səsinə yuxudan oyanıb. Köməyə qonşular gəliblər. Onlar kişinin evdən çıxmasına kömək edərək xəstəxanaya aparıblar.

Qonşu Fred Sakker itin Corcu vaxtında oyadaraq həyatını xilas edib: "Düşünürəm ki, it olmasa, o, sağ qala bilməzdi. Evdə hər şey yanıb".

Yanğın söndürülsə də, binanın əksər hissəsi böyük zərər görüb. Corcun sığortalamağa vaxtı olmayan Harley-Davidson motosikli belə yanıb.