Bu gün “Maşın”da onun son günü ola bilər

Bu gün “Maşın”da onun son günü ola bilər
22:20 10-10-2019 | icon 35

MGP-nin ərsəyə gətirdiyi, ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin növbəti səs-küylü və intriqa dolu onuncu gecəsinə start verilib.

milletinsesi.info xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda 8 məşhur - 6 xanım, 2 bəy avtomobil uğrunda mübarizəyə başlayıb. Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.

Beləliklə, bu gecə şəkli 4 dəfə qutuya atılan müğənni Niyam Səlami oldu. O, tribunaya çıxaraq oyunda qalıb, dəyəri 50 min manatlıq avtomobil uğrunda mübarizə aparmaq üçün tamaşaçılardan ona səs göndərmələrii rica edib: 

“Dünən şouda elə bir vəziyyət yarandı ki adım belə yadımdan çıxdı. Dediyimin üstündə hər zaman durmuşam. Dostlarımdan və doğulduğum Masallıdan səs gözləyirəm”.

Niyam Səlami hədəfinin kim olduğunu hələ ki açıqlamayıb. Şouda qaldığı təqdirdə o, 7 iştirakçıdan birini kənarlaşdıra və ya özü belə oyundan çıxa bilər.

Rəşad Əliyev