Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi

Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi
13:25 10-10-2019 | icon 29

Bu gün Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib. 

Bu barədə milletinsesi.info-a vəkil Ramil Rüstəmov məlumat verib. 

O bildirib ki, N.Şahmarzadə prosesə gəlmədiyi üçün məhkəmə oktyabrın 21-dək təxirə salınıb: 

“Mən onun məcburi gətirilməsi barədə vəsatət verdim. Əgər növbəti dəfə də məhkəməyə gəlməsə, o zaman polislə məcburi şəkildə gətiriləcək”. 

Vəkil deyib ki, N.Şahmarzadə barəsində təyin edilən linqvistik ekspertizanın rəyi də məlum olub: 

“Orada qeyd edilib ki, Nərminin statusunda təhqir və böhtan var. Yəni ekspertiza da bizim şikayətimizi təsdiqləyib”.