Sabiq nazirin hegemonluğuna nə zaman “dur” deyiləcək? - Füzuli Ələkbərov zülmü ərşə qalxıb

Sabiq nazirin hegemonluğuna nə zaman “dur” deyiləcək? - Füzuli Ələkbərov zülmü ərşə qalxıb
11:30 10-10-2019 | icon 3656

Bir sıra yüksək yüsək məmurlar postlarını itirdikdən sonra vəzifədə olduqları müddətdə nümayiş etdirdikləri hikkəni yerə qoyur, qanunsuz əməllərinə sərhəd tanımağa başlayır, “imam övladı”na çevrilirlər. Ancaq bu məsələdə də müəyyən istisnalar var… Məsələn, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov… O, özünü hələ də nazir kürsüsündə hiss edərək, hökmünü yeritmək niyyətindən əl çəkmir. 

Ələkbərov vəzifədə olduğu müddətdə yol verdiyi davranışları – başqalarına məxsus əmlakın zəbti, qeyri-qanuni biznes qurmaq, vergidən yayınmaq və digər hərəkətlər – davam etdirməkdədir. Bütün bunlarla yanaşı, o, zəbt etdiyi əmlakın sahibini gözünü qırpmadan məhkəməyə də verə bilir. Bu da təəccüblü deyil. Ümumiyyətlə, Füzuli Ələkbərovun istər nazir olanda, istərsə də vəzifəsiz günlərində adı heç vaxt yaxşı əməllərlı hallanmayıb.

Onun dövlət qarşısındakı “ən böyük xidmət”i isə ailə üzvlərinin harınlığı səbəbindən 2013-ci ildə İsmayıllı rayonunda baş verən iğtişaşlar göstərilə bilər. Məhz bu hadisə Ələkbərovun və adıçəkilən rayonun icra başçısı olan qardaşının vəzifədən uzaqlaşdırılması ilə nəticələnmişdi.

Ancaq görünür, nazir postunu hansı əmələ görə itirməsinin səbəbini unudan Ələkbərov ciddi-cəhdlə biznesini genişləndirmək istiqamətində hərəkətlənib. Malik olduğu bizmesi bir qədər böyüdən sabiq nazir Bakının mmərkəzi ərazilərində
bir neçə yeri zəbt edərək, vergidən yayınmaqla, qanunsuz avtoparklar açıb, sərvətini artırmaqdadır.

Düzdür, o avtoparklardan biri vətəndaşların şikayətindən sonra bağlansa da, hazırda bir neçəsi fəaliyyətini davam etdirir. Sabiq nazir “meydan”da rəqib görmək istəməyərək, müstəqil iş adamlarını sıxışdırır, onlara məxsus əmlakı zorla ələ keçirir. O, həmçinin dəniz kənarında böyük əraziləri zəbt edərək, insanların dənizə çıxışını məhdudlaşdırıb, daha dəqiq desək, xalqı normal istirahət hüququna da əl uzadıb.

Bundan başqa, sabiq nazirin harınlığı o həddə çatıb ki, Sahil qəsəbəsində onun villasından hündür evin tikilməsini belə qadağan etmişdi. Qəsəbə sakinləri Ələkbərovun bu qanunsuz məhdudlaşdırmaları nəticəsində bir addımlığında olan dənizə yaxın düşə bilmirlər.
Bütün bunlar sakinlərin və müstəqil iş adamlarının səbr kasasını daşırsa da, Ələkbərov hələ ki əməllərinin mümkün nəticələrini gözardı etməkdədir. Sabiq nazir deyəsən, bununla “İsmayıllı qiyamı”nı təkrar yetişdirmək missiyasını üzərinə götürüb.

Qeyd olunanlarla yanaşı, bir məqam da çox maraqlıdır. Vəzifədən atılan, ancaq hegemonluq iddiasını yerə qoymayan Füzuli Ələkbərov kimə güvənir?

Mövzuya qayıdacağıq.

Mənbə yenicag.az