“Araz” legionerlərsiz məğlubiyyətə düçar oldu – FOTO

“Araz” legionerlərsiz məğlubiyyətə düçar oldu – FOTO
05:15 10-10-2019 | icon 54

UEFA Çempionlar Liqasında çıxış edən “Araz” ilk oyununu keçirib.

milletinsesi.info xəbər verir ki, ölkə çempionu qrup oyunlarını təşkil edən Belçikanın “Halle Gooik” klubu ilə qarşılaşıb.

Əvvəlcədən də xəbər verdiyimiz kimi, təmsilçimiz Avropaya ciddi itkilərlə yollanıb: Belçika 4 iranlı legionerə viza verməkdən imtina edib.

Əvəzetmədən yararlana bilməyən Azərbaycan klubu ev sahiblərinə 1:4 hesabı ilə məğlub olub. “Araz”ın heyətində yeganə qolun müəllifi Xətai Bağırov olub.

Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da, saat 19:30-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək. Qrupda keçirilmiş ilk oyunda portuqaliyalılar Ukrayna “Xerson”u ilə 1:1 hesablı heç-heçə ediblər.