Məcidlə davaya çıxan Türkan: Necə murdar oyundur - YENİLƏNİB

Məcidlə davaya çıxan Türkan: Necə murdar oyundur - YENİLƏNİB
00:00 10-10-2019 | icon 64

Necə murdar oyundur. Mən normal oyun aparmağa gəlmişəm. Bütün bədənim əməliyyatdan çıxıb. Ayaqda qalmaq üçün nə qədər dərmanlar içirəm. Hər şeydən bezmişəm. Əsəblərim yerində deyil. Dözə bilmirəm artıq.

milletinsesi.info xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə aktyor Məcid Hüseynovla toqquşarkən dilə gətirib. Məcid ilə sözü çəp düşən Türkana aktyordan cavab gəlib: 

“Burada sənin adını çəkən olmadı”.

Vəlizadə isə başını avtomobilin üzərinə qoyaraq əsəbdən ağlamağa başlayıb. Qeyd edək ki, bəzi iştirakçılar kimi ifaçı Türkan Vəlizadə də oyun boyunca az danışıb, daha çox şouda baş verənləri sakitcə müşahidə edir. 

22:13

Ölkənin ən səs-küylü və bahalı televiziya layihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin doqquzuncu buraxılışı başlayıb.

milletinsesi.info xəbər ki, 50 min manatlıq avtomobil uğrunda sayı iki dəfəyə qədər azalan doqquz məşhurun iştirakı ilə, şounun daha bir gərgin və mübarizə dolu efir həyacanına start verilib.

Şounun əvəzolunmaz siması və aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb. Şəkli qutuya 7 dəfə atılan müğənni Ramal İsrafilov tribunaya çıxaraq, tamaşaçılardan oyunda “qalması” üçün səs istəyib. Ramal öz mahnısını akapela şəklində oxuyaraq, izləyicilərindən onu şouda saxlamağı rica edib.

Murad Dadaşovun “Hədəfin kimdir?” sualına Ramal “Hədəfim şoumen iştirakçılardan biri olacaq” cavabını verib.

M.Dadaşov müğənni Niyam Salami və ya aktyor Məcid Hüseynovun hədəf olduğunu iddia edib.

Rəşad Əliyev