Yol kənarına huşsuz vəziyyətdə atılan qızı maşın vurub?- VİDEO

Yol kənarına huşsuz vəziyyətdə atılan qızı maşın vurub?- VİDEO
13:55 09-10-2019 | icon 3024

Beyləqanda döyülərək yolun kənarına huşsuz vəziyyətdə atılan 18 yaşlı qız ölüb.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı dünən koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, A.Quliyeva bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib.  milletinsesi.info xəbər verir ki, günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib. 

Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub.

Yuxarı Aran kənd bələdiyyəsindən milletinsesi.info-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var. 

Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.