Bakıda 19 yaşlı qız itkin düşüb

Bakıda 19 yaşlı qız itkin düşüb
20:50 08-10-2019 | icon 50

Bakının Sabunçu rayonunda 19 yaşlı qız itkin düşüb.

milletinsesi.info-ın məlumatına görə, oktyabr ayının ikisi səhər saat 09:30 radələrində 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bu barədə Sabunçu RPİ-nin 13-ü PB-nə onun atası İsmayılov Bayram Musa oğlu ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma başladılıb.