Xəzərdə dörd balıqçı itkin düşdü, axtarışlara helikopter cəlb edildi

Xəzərdə dörd balıqçı itkin düşdü, axtarışlara helikopter cəlb edildi
16:50 08-10-2019 | icon 971

Oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədilə dörd balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

axtarışlara FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.