Vilayət Eyvazovdan yeni - TƏYİNATLAR

Vilayət Eyvazovdan yeni - TƏYİNATLAR
09:35 08-10-2019 | icon 523

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. milletinsesi.info-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində çalışıb.

Bundan başqa, Samux Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub. milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Musayev Fikrət Kamal oğlu RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. 

Qeyd edək ki, F.Musayev bu vəzifəyə qədər Daşkəsən RPŞ-də xidmət üzrə müavin işləyib.