Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edildi

Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edildi
13:30 07-10-2019 | icon 30

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum gücləndirib, dənizdə işləyən 150 neftçi iş yerlərindən evakuasiya olunub, zəruri sahələrdə növbətçilik təşkil edilib, vəziyyət nəzarətdə saxlanılır.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu halın hasilat prosesinə heç bir təsiri yoxdur. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.