“Azərişıq”dan küləklə bağlı - XƏBƏRDARLIQ

“Azərişıq”dan küləklə bağlı - XƏBƏRDARLIQ
10:45 07-10-2019 | icon 28

“Azərişıq” gözlənilən güclü küləklə bağlı istehlakçılara xəbərdarlıq edib.

milletinsesi.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür: 

“Şimal Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almaq üçün əlavə texnika və canlı qüvvə cəlb edib. Qarşıdakı üç saat ərzində Şimal bölgəsində, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33 m/s çatacağı ilə bağlı məlumat əldə edilib.

Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Könül Cəfərli