İnfarkt keçirən Ofelya Sənani: Evə getmək istəyirəm

İnfarkt keçirən Ofelya Sənani: Evə getmək istəyirəm
10:40 07-10-2019 | icon 44

Hazırda vəziyyətim yaxşıdır. Özümü yaxşı hiss edirəm.

Bunu milletinsesi.info-a açıqlamasında infarkt keçirən Azərbaycanın Xalq artisti Ofelya Sənani deyib.

“Hələlik xəstəxanadayam. Tez bir zamanda evə getmək istəyirəm. Bir neçə müayinədən sonra buraxacaqlar. Amma həkimlər tarix söyləməyib. Hiss edirəm ki, gündən-günə yaxşılaşıram”.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Ofelya Sənani oktyabrın 5-də infarkt keçirib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq artistinə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.