Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı
18:00 05-10-2019 | icon 505

Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib. 

milletinsesi.info-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Mais Məmmədov işdən çıxarılıb və sərəncama götürülüb. 

Məlumatlara görə, M.Məmmədov iki ilə yaxındır bu vəzifədə çalışıb. 

Onların yerinə hələlik təyinat yoxdur.