Məhəmmədhüseyn Şəhriyarın oğlu qəzaya düşdü: Komadadır

Məhəmmədhüseyn Şəhriyarın oğlu qəzaya düşdü: Komadadır
15:40 05-10-2019 | icon 67

Cənubi azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi avtomobil qəzasına düşüb.

milletinsesi.info xəbər verir ki, bununka bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz sosial şəbəkədə məlumat verib. 

Onun sözlərinə görə, şairin oğlu yolu keçərkən avtomobil onu vurub:

“Dünən axşam Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar Təbrizin 17 Şəhrivar küçəsini keçərkən avtomobil qəzasına düşüb. Əlimizdə olan məlumata görə Hadi Şəhriyar hazırda koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”.