Türkiyə və Azərbaycan diasporlarının birgə əməkdaşlığı müzakirə edilib

Türkiyə və Azərbaycan diasporlarının birgə əməkdaşlığı müzakirə edilib
15:01 01-10-2019 | icon 1440

ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alper Aktaşla görüşüb.

Görüş zamanı Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımların səmərəsindən, bütün türk dünyasının və türk dövlətlərinin müştərək əməkdaşlığından geniş danışılıb.

Baş konsul türkdilli icmaların Nyu-Yorkda keçirilən toplantısında iştirakını xatırla-daraq, Azərbaycan diasporuna hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Türkiyəli diplomat dövlətlərimizə qarşı düşmən münasibət bəsləyən erməni diasporunun Amerikada, xüsusilə də Nyu-Yorkda güclü fəaliyyət göstərdiyinə diqqəti cəlb edib. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları kimi bir dövlətdə daha böyük nəticələrə nail olmaq üçün diasporlarımız güclərini və səylərini birləşdirməlidir.

Görüşün sonunda xatirə şəkli çəkilib.

di3

di1

di2

di4

di5