Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar
09:25 01-10-2019 | icon 1643

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.  milletinsesi.info-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polkovnik-leytenant Azay Ağayev Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib. 

O, bundan öncə Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Teymur Hacıyev təyinat alıb.  O, bundan əvvəl Mingəçevir Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.