Musiqinin miniatür məqamı - FOTO

Musiqinin miniatür məqamı - FOTO
22:40 30-09-2019 | icon 67

Şəkili sənətkar bədii oyma sənətinin maraqlı nümunələrini hazırlayır.

milletinsesi.info xəbər verir ki, 31 yaşlı usta Zahid Vələdov musiqi alətlərini kiçildərək maraqlı əl işləri düzəldir.

Z.Vələdov bədii oymanı 53 yaşında vəfat edən atası, məşhur tar ustası Mahir Vələdovdan öyrənib. O, uşaqlıqdan atasına baxaraq xalq çalğı alətlərinin kiçik surətlərini hazırlayıb.

Daha sonra musiqi təhsili alıb və bir il musiqi müəllimi kimi də çalışıb. 

Z.Vələdov hazırda Şəki sənətkarlar evində, atasından qalan kiçik emalatxanada günün təlabatına uyğun olaraq, turistlərin daha çox estetik zövqünü oxşayan miniatür əl işləri hazırlayır. 

Gənc usta söyləyir ki, kiçik alətlərin alışı əsasən, yay aylarında olur. Bu üç ayı sənətkarların qazanc ayları da adlandırmaq olar. Onun hazırladığı miniatür müsiqi altlərinin qiyməti isə 2 manatdan – 3 min manata qədər dəyişir.