Sahibkar Qurbanxan Dəmirov FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən şikayətçidir - VİDEO

Sahibkar Qurbanxan Dəmirov FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən şikayətçidir - VİDEO
22:49 29-09-2019 | icon 1773

63 yaşlı iş adamı, ictimai fəal xadim Qurbanxan Dəmirov, bu dəfə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsı-Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə və Dövlət Əməyin Mühafizəsi-Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutuna qarşı tutarlı ittihamlar irəli sürüb.

Sahibkarın bildirdiyinə görə, adıçəkilən qurum vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə texniki müayinə, yuma, doqozasiya və digər müxtəlif bəhanələrlə sahibkarlardan və iş adamlarından qanunsuz rüsumlar tələb edir.

Bütün bunlar isə sahibkarların ciddi narazılığına səbəb olur.

Faktla bağlı aidiyyatı qurumlara müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirən Qurbanxan Dəmirov, məsələni mətbuat vasitəsilə ictimailəşdirərək, qısa müddətdə həllinə nail olmaq istədiyini deyir.

Daha ətraflı sahibkarın bizlərə ünvanladığı videomüraciətdə

Video link: