“Lukoyl”dan şikayət: 48 litrlik çənə 76 litr “benzin” vurdular

“Lukoyl”dan şikayət: 48 litrlik çənə 76 litr “benzin” vurdular
14:53 29-09-2019 | icon 1155

Haldun Novruzzadə adlı vətəndaş "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətçi olub. Sürücü "Facebook"da bu barədə paylaşım edib.

"MillətinSəsi.info" xəbər verir ki, sürücüdən nə az, nə çox düz 30 manat artıq pul alıblar. Şikayətçi bildirib ki, "Hyundai Elantra" 2014 avtomobilinə benzin çəni 43.5 manat (48 litr) tutduğu halda "Lukoyl" şirkətinin Bakı-Sumqayıt yolunda yerləşən 4 saylı yanacaqdoldurma məntəqəsi nə az, nə çox 76 litr, yəni 69 manatləq yanacaq vurublar.

"Hələ çəndə 10 manatlıq da yanacaq olub. Bax belə aldadırlar insanları. Bununla bağlı şirkətin qaynar xəttinə şikayət etmişəm, deyiblər “gəl 30 manatını götür”. Lukoil ölkədə ən çox vətəndaşı aldadan yanacaq doldurma məntəqəsidir. Utanmasalar deyərlər sənin maşının çəni deşikdir" - deyə vətəndaş şikayətində bildirib.  

image_750x_5d8f887d61a81

image_660x441_5d8f8822132db