2-ci qrup əlil olan Balakən sakininə təqaüd verilmir

2-ci qrup əlil olan Balakən sakininə təqaüd verilmir
15:02 23-09-2019 | icon 974

Balakən  rayonun,  Şərif kəndində yaşayan Sarkayev Əli Nəcməddin  oğlu tərəfindən Millətinsəsi.info-ın redaksiyasına şikayət məktubu daxil olub.

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevaya, Baş nazir Novruz Məmmədova, Ombusdman Elmira Süleymanovaya, Əmək və  Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçi yazır:

“Mən 1962-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olmuşam və hazırda həmin rayonun Şərif kəndində yaşayıram.  Xəstəliyə görə 2-ci qrup əliləm. 2018-ci ilin dekabrında ürək nahiyyəmdə yaranmış kəskin ağrılara görə məni təcili Bakı şəhərinə gətirmişlər. Və dərhal da ürəkdən açıq cərrahi əməliyyata məruz qalmışam. Əməliyyatdan sonra əmək qabiliyyətimi tamamilə itirmişəm. Hazırda da özümü pis hiss edirəm, yataqda müalicəmi davam etdirirəm.

Bakıda həkimlərin yazdığı epiqrez arayışlarına görə, keçirdiyim ağır əməliyyatdan sonra mənim xəstəlilə əlaqədar təqaüdə çıxmağımı bildirmişlər. Lakin çox təəssüflər olsun ki, xəstəlik sənədlərimi Balakən rayon DSMF-yə təqdim etsəm də, məni rəhbərlik süründürməkiliyə salır, hər dəfə bir bəhanə ilə təqaüdə çıxmağımı əngəlləyir, get-gələ salır.


Odur ki, çox hörmətli, qayğıkeş və hümanist insan olan, dəyərli Mehriban xanım Əliyevadan xahiş edirəm ki, hazırda ağır xəstə olduğumu, əmək qabiliyyətimi faktiki itirdiyimi nəzərə alaraq, mənim xəstəliklə əlaqədar təqaüdə çıxmağıma köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.



Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.