Biznesmeni ölümlə hədələyib, 188 min manatının mənimsəyib quru yudda qoyublar - VİDEO

Biznesmeni ölümlə hədələyib, 188 min manatının mənimsəyib quru yudda qoyublar - VİDEO
14:09 23-09-2019 | icon 317

Azərbaycanda məhkəmə orqanları vətəndaşların ən çox şikayət etdiyi qurumlardan biridir. Qeyd edək ki, saytımızın elektron poçtuna daxil olan şikayətlərin əksəriyyəti bir qayda olaraq ya polisin qeyri-obyektiv araşdırması yaxud da məhkəmələrin ədalətsiz qərarlar çıxarması barədə olur.


Qeyd edək ki, hələ ən qədim zamanlarda məhkəmə sistemi hər dövlətin əsas strukturlarından biri olub. Çünki hər bir hakimiyyət öz mənbəyini Tanrıdan aldığını iddia etdiyinə görə ədalət hər bir hakimiyyətin əsas atributu olaraq çıxış edirdi. Hətta Roma imperiyasında respublika dönəmində dövləti idarə edən konsullar və daha sonra imperatorlar sadə vətəndaşların məhkəmələrində hakim rolunda çıxış edirdilər və elə onların əsas vəzifələri də elə bu hesab olunurdu.

Azərbaycan konstitutsiyasına görə də məhkəmələr müstəqildir və hər hansı bir dövlət qurumunun məhkəmələrə təzyiqi yol verilməz hesab edilir. Amma buna baxmayraq, bir çox hallarda vətəndaşlarımız məhkəmələrdə ədalətin və qanunların tapdanması ilə üzləşirlər. Bu bəzən ayrı-ayrı məmurların , imkanlı şəxslərin məhkəməyə göstərdiyi təzyiqlə baş versə də, əksər hallarda hakimlər öz maraqları naminə qanunları heçdən görür və ədaləti ayaqlar altına atırlar.
Əmlak bölgüsü, aliment, boşanma və bu kimi prosesləri istisna etsək, məhkəmələrdə ədalət sisteminin iflic olduğunu demək olar.

Hüququ pozulan və məhkəmələrin ədalətindən əlini üzən şəxslərdən biri də Azerinfo.tv-yə şikayətlə müraciət edən, Sumqayıt şəhər, 18-ci məhəllə, ev 27a/7, mənzil 3-də yaşayan Cəfərov Şaiq Yunus oğludur.

Hansı ki, bir vaxtlar Sumqayıtda ən uğurlu iş adamlarından sayılırdı.
Şaiq Cəfərov 2008-ci ildən 2013-cü ilin mart ayına qədər Bakı və Sumqayıt şəhərlərində danışıq konturlarının satışı ilə məşğul olub.
Biznesi yaxşı gedirmiş. Həmin ərəfələrdə atasının tanışları olan Əbülfəz və Ədalət Abbasovlar ona işi böyütməyi və şərikliyi təklif edirlər.

Əvvəllər vergidə sistemində vəzifə daşımış Ədalət Abbasov biznesə xeyli pul da buraxır. Bu haqda Şaiqin özü aşağıda təqdim etdiyimiz videoda ətraflı danışır deyə geniş yazmağa lüzum görmürük.


Sonda iş onunla nəticələnir ki. Imkanı geniş olan qardaşlar 2013-cü ilin mart ayının 26-da Şaiqin 188 min manatlıq pul və danışıq konturlarını, həmçinin idarə etdiyi “Nissan Tida” markalı, 50 CE 646 dövlət nömrə nişanlı avtomobilini əlindən alaraq Coratdakı yerlərinə götürülər.

Şaiqə də pulu və maşını qaytarmaqdan imtina edib deyirlər ki, kimə istəsə şikayət edə bilər. Aprelin əvvəli Şaiq Cəfərov Sumqayıt 1 saylı Polis Bölməsinə şikayət edir. Maşını tapıb qaytarırlar.
Amma müstəntiq Vüsal Məhərrəmov toladığı materiallardan sonra qərara gəlir ki, işdə cinayət tərkibi yoxdu. 2013-cü il , 15 may tarixində cinayət işinin başlanmasın rədd edir.

Sumqayıt Şəhər Prokurorluğu 10 sentyabr 2013-cü ildə materialın əlavə araşdırılması üçün həmin işi Sumqayıt Pİ-nin İstintaq Şöbəsinə qaytarır.

Bu dəfə iş müstəntiq Rüstəm İsmayılova tapşırılır. 19 sentyabrda o da cinayət işinin başlanmasını rədd edir. Guya ki, bu iş mülki işdir.

Vətəndaşın 188 min manatlkıq pul və malının, əmlakının qəsb olunmasını müstəntiq hansı əsasla görməyib-bu sual altındadı. Təxmin etmək olar ki, Abbasov qardaşları öz işlərini yaxşı görüb, kimlərinsə hamiliyi ilə məsuliyyətdən qaça biliblər.

Şaiq Cəfərovun məhkəmə yolu ilə də haq-ədalət axtarışı nəticə verməyib.
Həyat yoldaşı onkoloji xəstə, azyaşlı oğlunun danışıq problemləri olan bir atanın pulunu “yemək” olar, əzmək olar. Əgər güclü və imkanlısansa. Ədalətsiz hüquq-mühafizə sistemində bu mümkündür. Ancaq ilahi ədalət deyilən bir şey də var. Bəzən yerdəki ədalətdən çox acımasız olur.


Mövzuya qayıdacağıq. Əlaqədər instansiyadan məsələyə diqqət ayırmağı xahiş edirik.

Mənbə Azerinfo.tv/