Məşhur model internetdə tanış olduğu kişi ilə görüşə getdi, başına gəlməyən qalmadı – FOTO

Məşhur model internetdə tanış olduğu kişi ilə görüşə getdi, başına gəlməyən qalmadı – FOTO
01:00 22-09-2019 | icon 49

26 yaşlı “Instagram” fenomeni və model Codi Veston virtual aləmdə əsl sevgisini axtardığı vaxt başına gələnləri açıqlayıb.

Türkiyə mediası xəbər verir ki, şöhrəti zirvələrdə olsa da, həqiqi sevgisini tapmadığından sıxılan model sonunda internetə müraciət edib.

İnternetdə tanış olduğu insanlarla bir-birindən dəhşətli görüşlərə getdiyini deyən Veston ilk görüşünü belə xatırlayıb: “Üzünü az qala dekoltemdə gizlədəcəkdi. Daha da yaxınlaşmağa çalışdığı vaxt stuldan yıxıldı. Çox dəhşətli idi”.

“Daily Mirror”a etdiyi açıqlamada model başqa bir görüşdə kinoya getməyindən də danışıb. Model deyib ki, görüşdüyü adamın evli olduğunu onun həyat yoldaşı kinozala hücum edəndə öyrənib.

Başqa bir görüşdə isə Veston tanış olduğu adama münasibətlərinin davam etməyəcəyini deyib. Həmin adam hoqqabazlıq etməyə, modelin qapısında “çixuaxa” cinsli itlə dayanmağa başlayıb. Həmin şəxsin günlərlə qapısının ağzından çəkilmədiyini görən Veston qorxusundan bir müddət öz ailəsi ilə yaşamağa məcbur olub.

Yaşadığı macəralardan sonra məşhur model bir daha internetlə tanış olmamağa və görüşəcəyi adamları daha diqqətlə seçməyə qərar verib.