Dörd ayaqlı, üç qollu qız doğuldu - FOTO/VİDEO

Dörd ayaqlı, üç qollu qız doğuldu - FOTO/VİDEO
00:45 22-09-2019 | icon 67

Hindistan görənləri məəttəl qoyan bir doğum hadisəsinə şahid olub. Bir qadın dörd ayaqlı, üç qollu qız uşağı dünyaya gətirib.

Həkimlər artıq olan ayaq və əllərin götürülməsi ilə uşağın normal həyat sürə biləcəyini bildiriblər.

24 yaşlı qadın iki oğlan, bir qız övladı dünyaya gətirib. Oğlanların vəziyyəti yaxşı olsa da, qızda dördüncü övladın əl və ayaqları inkişaf edib.

Ananın və digər uşaqların vəziyyəti yaxşıdır. Uşaqların atası deyib ki, arvadının iki uşağa hamilə olduğunu öyrəniblər, bundan sonra həkimə getməyə ehtiyac duymayıblar.