Ağstafada maşın ağaca çırpıldı

Ağstafada maşın ağaca çırpıldı
21:45 21-09-2019 | icon 35

Ağstafa rayonu ərazisində “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. 

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, nəticədə sürücü, 1992-ci il təvəllüdlü Şəmistan Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.