Tərtərdə 36 yaşlı kişini döydülər

Tərtərdə 36 yaşlı kişini döydülər
20:00 21-09-2019 | icon 44

Tərtərdə gənc oğlan döyülərək xəstəxanaya düşüb.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Rayon sakini 36 yaşlı Vüqar Vahid oğlu Hümbətov həmyerliləri tərəfindən döyülüb. V. Hümbətov müxtəlif bədən xəsarəti və kəllə-beyin tranması alaraq, Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.