Goranboyda qəza: altı kənd qazsız qaldı - FOTO

Goranboyda qəza: altı kənd qazsız qaldı - FOTO
18:15 21-09-2019 | icon 43

Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietilen qaz xəttini qırıblar. 

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində ümumilikdə 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.