Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı

Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı
14:55 21-09-2019 | icon 40

Bakı metrosunda həyəcanlı anlar yaşanıb. 

milletinsesi.info-ın məlumatına görə, hadisə “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında qeydə alınıb. 

Saytımızın qatarda olan əməkdaşının verdiyi məlumata görə, qatarda tüstülənmə olub:

“Sərnişinlər qatardan boşaldılıb”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, qatarda tüstülənmə olub:

“Əməkdaşlarımız qatara baxış keçiriblər. Hər şey qaydasında olub və sərnişinlər yoluna davam edib”.

İlhamə Əbülfət