Güclü külək Bakıda altı ağacı aşırdı - FOTO

Güclü külək Bakıda altı ağacı aşırdı - FOTO
14:15 21-09-2019 | icon 56

Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda altı ağac aşıb.

Bu barədə milletinsesi.info-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib

Orxan Məmmədov hadisələrin Yasamal, Nəsimi, Nərimanov və Xətair rayonlarında baş verdiyini bildirib:

“Maddi zərər və insan təlafatı yoxdur. Yalnız altı ağac aşıb. Səhər tezdən gücləndirilmiş iş rejimində çalışırıq”.

Sevinc Yasinqızı