Repçilərin illik gəlirləri açıqlandı

Repçilərin illik gəlirləri açıqlandı
13:00 21-09-2019 | icon 39

“Forbes” 2019-ci il üzrə dünyanın ən çox qazanan repçilərinin adını açıqlayıb.

Amerikalı repçi Kanye Uest builki 150 milyon dollarlıq qazancı ilə birinci yerdə qərarlaşıb.

Keçən il birinci olan Cey Zi 81 milyon dollarla bu il ikinci yerdə olub.

Siyahıda üçüncü yeri 75 milyon dollar gəlirlə Dreyk tutub.

İlk onluqda P. Diddy (70 milyon), Trevis Skott (58 milyon), Eminem (50 milyon), DJ Khaled (4 milyon), Kendrik Lamar (38,5 milyon), Migos (36 milyon) və Donald Qlover (35 milyon) yer alıb.

Sevinc Yasinqızı