“Ümidsizliyə gülümsəyən qız” öldü - FOTO

“Ümidsizliyə gülümsəyən qız” öldü - FOTO
00:25 21-09-2019 | icon 77

Uzun müddət idi xərçənglə mübarizə aparan və bu mübarizəsi ilə simvol halına gələn türkiyəli gənc Neslican Tay vəfat edib.

Türkiyə mətbuatı xəbər verir ki, 15 sentyabrdan bəri reanimasiyada olan və vəziyyəti ağırlaşan gənc qız bir neçə saat öncə həyatla vidalaşıb.

Üç dəfə xərçəngə qalib gəlməyi bacaran, bu mübarizədə bir ayağını itirən gənc xanım verdiyi bir müsahibədə “ayağım yoxdu, amma yaşamaq sevincim” var deyərək pozitivliyi ilə hər kəsin sevimlisi olmuşdu.

Müxtəlif platformalarda verdiyi pozitiv mesajlarla sosial şəbəkələrin fenomeni olan Neslican xəstəliyinə rəğmən universitetə girməyi bacarmışdı.

Dördüncü dəfə xərçəngə yaxalanan “Ümidsizliyə gülümsəyən qız” ləqəbli Neslican Tay İstanbulda bir xəstəxanda vəfat etdi.