Bakıda sərxoş piyada faciəli şəkildə öldü: üstündən "KamAZ" keçdi

Bakıda sərxoş piyada faciəli şəkildə öldü: üstündən "KamAZ" keçdi
23:35 20-09-2019 | icon 49

Nərimanov rayonunda 54 yaşlı kişi yük maşınının altında qalaraq ölüb.

milletinsesi.info xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

1965-ci il təvəllüdlü Yelseviç Yuri Aleksandroviç anidən prospekt yoluna çıxıb. “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınmağa çalışsa da, Y.Yelseviç yük avtomobilinin arxa təkərlərinin altına düşüb.

Nəticədə yük avtomobili onun üzərindən keçib. Piyada hadisə yerindəcə ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub. Mərhumun bədənində cinayət aləminə aid edilən müxtəlif simvolların döymələri olub.

Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin edilib.