Hər fotoya saatlarla tamaşa etmək olar - Leyla Əliyeva ilə fotosərgidə müsahibə

Hər fotoya saatlarla tamaşa etmək olar - Leyla Əliyeva ilə fotosərgidə müsahibə
19:25 20-09-2019 | icon 56

Dənizkənarı Milli Parkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fotosərginin açılışı baş tutub.

Sərgidə Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyev tərəfindən lentə alınan fotoları nümayiş etdirilib.

“Hər fotoda gördüyümüz insanların gözlərindən gözəl nə ola bilər? Sərginin Dənizkənarı Milli Parkda keçirilməsi sevindiricidir. Çünki paytaxtımızın qonaqları və sakinləri də fotolarla tanış ola bilərlər. Sərgidə təqdim edilən hər fotoya saatlarla baxmaq olar”, - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Media.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, sərginin məqsədi Azərbaycanda hər kəsin dil, etnik və konfessional mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquq və azadlığa sahib olduğu tolerant mühitin yarandığını bir daha nümayiş etdirməkdir.

“Bu, bizə xas xüsusiyyətdir və hər bir insana hörmətlə yanaşırıq”, - deyə Leyla Əliyeva qeyd edib.