Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi
13:55 20-09-2019 | icon 84

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev növbəti dəfə Türkiyəyə müalicəyə gedib.

milletinsesi.info xəbər verir ki, Xalq artisti dünən növbəti dəfə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Hazırda Arif Babayevin vəziyyəti yaxşıdır. Səhhətində hər hansı problem yoxdur. Xalq artistinin həkimi Türkiyədə olduğu üçün tez-tez ora müayinələrə və fizioterapiyaya gedir.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 

Sevinc Yasinqızı