DokuBaku BSFF 2019 - 32 ölkə, 181 film

DokuBaku BSFF 2019 - 32 ölkə, 181 film
13:55 20-09-2019 | icon 74

III DokuBaku BSFF-a 32 ölkədən 181 sənədli tammetrajlı və qısametrajlı film daxil olub.

DokuBaku müsabiqə proqramına müraciət edən bütün iştirakçılara öz minnətdarlığını bildirir və kinosevərlərin nəzərinə çatdırmaq istəyir ki, bu il DokuBaku BSFF-a Azərbaycan da daxil olmaqla, 32 ölkədən 181 film qəbul olunub. Bu filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin 22-si isə yerli istehsal filmləridir.

“Artıq 3-cü dəfə baş tutan DokuBaku-ya bu il Cənubi Amerikadan tutmuş, Kanada və hətta Yaponiyadan da filmlər daxil olub. Keçən illə müqayisə aparsaq deyə bilərik ki, DokuBaku ildən-ilə böyüyür, dünya kino camiəsində tanınmağa və qəbul olunmağa başlayır.

Bu il “Yerli qısa film müsabiqəsi”nə ölkəmizdən 20-dən çox sənədli film təqdim olunub. Bu, həm sevindirici, həm də kədərli haldır. Çünki filmlərin çoxu qeyri-professional olduğundan müsabiqəyə daxil ola bilməyib. Bundan başqa, artıq 3-cü dəfə keçirilən DokuBaku BSFF-a hələ yerli tammetrajlı filmlə müraciət edən olmayıb.

Ümid edirik ki, növbəti illərdə sənədli filmlərə olan maraq daha da artacaq və azərbaycanlı rejissorlar tammetrajlı sənədli filmlər ərsəyə gətirib, həm DokuBaku-nun, həm də dünyanın müxtəlif prestijli sənədli filmlər festivallarının əsas proqramında iştirak edən filmlər təqdim edə biləcəklər” – deyə, festivalın direktoru İmam Həsənov bildirib.

Festivalın seçim komissiyası artıq bütün müraciətləri nəzərdən keçirib və seçilmiş filmlərin siyahısını filmsevərlərə təqdim edir. Festivalın əsas – tammetrajlı və qısametrajlı müsabiqəsinin proqramı, eləcə də, proqramdankənar nümayişlərlə festivalın rəsmi saytında (dokubaku.az) tanış olmaq mümkündür.

Nəzərinizə çatdırırıq ki, DokuBaku BSFF bu il üçüncü dəfə – 02-06 oktyabr tarixlərində baş tutacaq.

3. DokuBaku BSFF nəznində filmlərin nümayiş olunacağı məkanlar da artıq məlumdur. Müsabiqədə iştirak edən filmlər 2-6 Oktyabr tarixlərində  Kapellhaus, Landmark 3, Kino evi və Salaam Cinema salonlarında nümayiş olunacaq.

Biletlərin satışı iticket platforması üzərindən reallaşacaq. Lakin iştirakçılar festival keçirilən məkanlarda da bilet əldə edə biləcək.

Beynəlxalq Sənədli Film Festivalı DokuBaku bu il artıq üçüncü dəfə baş tutacaq.

DokuBaku Film Festivalı 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən

təsis olunub. DokuBaku Beynəlxalq Sənədli Film Festivalı dünyanın müxtəlif ölkələrinin istehsalı olan ən

yaxşı sənədli filmləri sizlərə nümayiş etdirmək üçün Bakıya gətirir. Festivalın bu ilki mövzusu “Həqiqilik” dir. Bu seçimdə ilkin şərt daha və daha çox qütbləşən dünya anlayışı və kəsişmə nöqtələrini tapmaqda çətinlik çəkən parçalanmış cəmiyyətlər olub.

Geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, DokuBaku yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edəcək.

Festivalın bu ilki təşkilati tərəfdaşı Alman Mədəniyyət Mərkəzi - Goete Zentrum Baku olacaq. Oxu.az və Media.az isə festivalın media tərəfdaşıdır.

DokuBaku BSFF 2019 – Filmlərin qısa siyahısı:

III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edir.

DokuBaku BSFF-a 43 ölkədən 181 sənədli tammetrajlı və qısametrajlı film daxil olub.

Qeyd edək ki, festivalın əsas proqramına daxil olan filmlər üç kateqoriyada yarışacaq:

“Ən yaxşı tammetrajlı sənədli film”;

“Ən yaxşı qısametrajlı sənədli film”;

“Special Jury Mention”.

Bundan əlavə, hər bir tamaşaçı səs verməklə, sənədli filmlərin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin nəticələrinə əsasən “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək. Münsiflər heyətinin üzvləri, eyni zamanda, müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.

“Ən yaxşı tammetrajlı beynəlxalq sənədli film”

Bu kateqoriya üzrə göndərilmiş 43 filmdən müsabiqəyə aşağıdakı filmlər daxil edilib:

1. “Easy Lessons” (“Asan Dərslər”. Dorrotya Zurbó. 78 min. Hungary)

2. “The Disappearance of My Mother” (“Anamın Yoxoluşu”. Benıamıno Barrese. 94 min. Italy/United States)

3. “Genesis 2.0” (“Genezis 2.0”. Christian Frey & Maxım Arbugaev. 78 min. Switzerland)

4. “Gods of Molenbeek” (“Molenbik Tanrıları”. Reeta Huhtanen. 73 min. Finland)

5. “Heat Singers” (“İstilik İfaçıları”. Nadia Parfan. 64 min. Ukraine)

6. “Home Games” (“Ev Oyunları”. Alisa Kovalenko. 90 min. Ukraine/France/Poland)

7. “Mamacita” (“Mamasita”. Jose Pablo Estrada. 75 min. Mexico)

8. “Pariah Dogs” (“Səfil İtlər”. Jesse Alk. 77 min. USA/Canada)

9. “Symphony of the Ursus Factory” (“Ursus Zavodunun Simfoniyası”. Jaśmina Wójcik. 60 min. Poland)

10. “Space Dogs” (“Fəza İtləri”. Elsa Kremser & Levin Peter. 91 min. Austria/Germany)

11. “Taste of Hope” (“Ümidin Dadı”. Laura Coppens. 90 min. Switzerland, Germany)

“Ən yaxşı qısametrajlı beynəlxalq sənədli film”

Bu kateqoriya üzrə göndərilmiş 138 filmdən müsabiqəyə aşağıdakı filmlər daxil edilib:

1. “Aralıqda” – “In Between”

1. “Apart” (“Ayrı”. Diana Cam Van Nguyen. 10 min. FAMU)

2. “Casting”  (“Kastinq”. Klaudia Keska. 19 min. Poland)

3. “In Between” (“Aralıqda”. Samir Karahoda. 14 min. Kosovo)

2. “Təcrid olunmuş” – “Isolated”

1. “My Piece of the Earth” (“Mənim Torpaq Payım”. Maka Gogaladze. 54 min. Georgia)

2. “Then comes the evening” (“Axaşam Düşüncə”. Maja Novaković. 28 min. Serbia/Bosnia/Herzegovina)

3. “Qorxular” – “Shakes”

1. “Butterflies in Berlin” (“Berlin Kəpənəkləri”. Monica Manganelli. 30 min. Italy/Germany)

2. “Histories of Wolves” (“Canavar Hekayəsi”. Agnes Meng. 23 min. Portugal)

3. “Snake” (“İlan”. Hanna Hovitie. 17 min. Hungary/Finland)

4. “Shooting Stars” (“Ulduzların Çəkilişi”. Magda Jaroszewicz. 17 min. Germany/Poland)

“Special Jury Mention” yerli sənədli film”

4. “Baxış” – “Sight”

1. “Once Upon a Time in Shayxay” (“Bir Zamanlar Şanxayda”. Leyli Qafarova. 35 min. Azərbaycan)

2. “Save Salaam” (“Salamı Xilas Edin!”. Orxan Adıgözəlov. 19 min. Azərbaycan)

3. “Məhəllə” (Michael Raybourne. 30 min. Azərbaycan)

4. “They whisper but sometimes scream” (“Onlar pıçıldayır, bəzən də qışqırırlar” Lalə Əliyeva, 20 min. Azərbaycan)

DokuBaku BSFF bu il əsas proqramdan kənar olan (yerli və beynəlxalq) filmlərin siyahısını Sizə təqdim edir:

“Proqramdankənar tammetrajlı sənədli film”

1. “Speak up” (“Danış”. Stéphane de Freitas & Ladj Ly. 99 min. France)

2. “Saz – The Key of Trust” (“Saz”. Stephan Talneau. 90 min. Germany)

3. “Taste of Cement” (“Sementin Dadı”. Ziad Kalthoum. 78 min. Lebanon)

“Proqramdankənar qısametrajlı sənədli film”

5. “Adam” – “Human”

1. “Adam” (“Adam”. Emil Əli. 11 min. Azərbaycan)

2. “Anasız Həyat” (“Motherless”. Ruslan Məmmədov. 6 min. Azərbaycan)

3. “Human” (“İnsan”. Murad İbrahimbəyov. 20 min. Azərbaycan)

4. “Şirin Çay” (“Sweet Tea”. Ruslan Mollayev. 30 min. Azərbaycan)

5. “Yaşıl” (“Green”. Zeynəb İsgəndər, Dilavər Manafov, Nurseli Məmmədli. 12 min. Azərbaycan)

“DokuBaku BSFF – Chaikhana” təfərdaşlıq proqramına daxil olan filmlərin siyahısı:

1. “A Life of Her Own” (“Onun Öz Həyatı”. Tamar Mshvenieradze. 37 min. Georgia)

2. “A Phantom City” (“Kabus Şəhəri”. Gül Abbasova. 9 min. Azərbaycan)

3. “Two or three things I know about religion” (“Din haqqında Bildiyim Bir-İki Şey”. Anna Sarukhanova. 20 min. Georgia)

DokuBaku BSFF-də “Qonaq ölkə” proqramına daxil olan filmlərin siyahısı:

1. “Beuys” (“Boys”. Andres Veyel. 107 min. 2015-2017, Almaniya)

2. “Die Sinfonie der Großstadt” (“Böyük Şəhərin Simfoniyası”. Walter Ruttman. 80 min. 1927. Almaniya)

3. “Zug in die Freiheit” (“Azadlığa Gedən Qatar”. Sebastian Dehnhardt und Matthias Schmidt. 90 min. 1914. Almaniya)

QEYD:

Bütün müsabiqə proqramına daxil olmuş filmlərə beynəlxalq və yerli münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2019-cu ilin oktyabrın 6-da III DokuBaku festivalının bağlanış mərasimində elan olunacaq.

DokuBaku komandası festivalın proqramına daxil olmuş bütün sənədli filmlərin müəlliflərini təbrik edir və onlara gərgin yarışmada uğurlar arzulayır!

III DokuBaku BSFF-da görüşənədək!

DokuBaku 2019-un Münsiflər Heyəti

3-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı beynəlxalq və yerli münsiflər heyətinin tərkibini elan edir.

Azərbaycanda sənədli filmin inkişafı və dəstəklənməsi məqsədlərini güdən DokuBaku-nun, hər il olduğu kimi, bu il də münsiflər heyəti 2 tərkibdən, yerli və əcnəbi kino nümayədələrindən ibarətdir.

“Yerli və Beynəlxalq Qısametrajlı Sənədli Film”-lərin münsiflər heyəti:

Beynəlxalq Qısametrajlı Sənədli Filmlər üzrə münsiflər heyəti

Georg Seesslen 1948-ci ildə Münxen şəhərində anadan olub. İncəsənət üzrə “Akademie der Bildenden Künste”də təhsil alıb, müəllif və redaktor kimi “Roloff & Seesslen” nəşriyyat şirkətinin təsisçisi olub, orada ixtisaslaşmış film tarixi və nəzəriyyəsi üzrə işləyir. O vaxtdan bəri müxtəlif jurnallarda “Epd Film”, “Wespennest”, “Kursbuch”, “Taz”, “Zeit” və “Freitag” kimi qəzetlərdə iştirak edir.

Stephen Spielberg, Lars von Trier, Christoph Schlingensief və başqaları haqqında nəşr olunan kitablar, müxtəlif universitetlərdə və film məktəblərində film təhlili və mədəni tənqid dərsləri verir. Onun axırıncı işlərinin mövzuları: “Freedom & Control” – “Azadlıq və İdarəetmə”, “Donald Trump seen as Media Star” – “Media Ulduzu olaraq görülmüş Donald Trump” və “Posthuman Sex Fantasies” – “Ölümdən sonrakı Cinsi Fantaziyalar”dır.

Heleen Gerritsen Hollandiyada 1978-ci ildə anadan olub. O, Amsterdam və Sankt-Peterburqda Slavyan Dilləri və İqtisadiyyatı öyrənmişdir. 2003-cü ildən Almaniyada yaşayır, burada film istehsalında və müxtəlif film festivallarında kurator olaraq çalışır. 2009-cu ildə ilk tammetrajlı sənədli filmini hazırlayır və özünün film istehsalı şirkətini qurur.

2014-cü ildən 2016-cı ilə qədər Noybrandenburq şəhərində keçirilən “Avropa Sənədli Film Festivalının” – dokumentART-ın direktoru olub. 2017-ci ilin oktyabr ayından bu günə qədər DFF - Deutsches Filminstitut & Filmmuseum (Alman Film İnstitutu) tərəfindən təşkil olunan goEast – Mərkəzi və Şərqi Avropa Filmləri Festivalının rəhbəridir.

Tinay Muşdiyeva 1979-cu il doğumludur (Balakən, Azərbaycan). O, Almaniyanın JLU Giessen və HU zu Berlin universitetlərində fəlsəfə təhsili almışdır və 2009-cu ildə təhsilini bitirmişdir (HU zu Berlin). Hazırda antik yunan fəlsəfəsi sahəsində dissertasiya və tədqiqat layihəsi üzərində işləyir (Vyana Universiteti).

2018-ci ildən Bakı Araşdırmalar İnstitutunda fəaliyyət göstərir.

“Beynəlxalq Tammetrajlı Sənədli Film”-lərin münsiflər heyəti:

Paşa Təbrizli 1975-ci ildə Təbriz şəhərində anadan olub. Paşanın bədii fəaliyyət sahələrinə kino, foto və poeziya daxildir. Təbriz Gənclər Kino Dərnəyində tam rejissorluq kursunu da bitirmiş, Paşa, foto sahəsində “Müasir Azərbaycanın Simaları” kitabını iki dildə, Farsca və İngiliscə nəşr etdirib.

Yaponiyanın Asahi Shimbun Foto Festivalı Beynəlxalq Ruhi Sağlamlıq Foto Festivalında Qızıl Medalla təltif olunub, Firoozeh Beynəlxalq Foto Festivalında üçüncü yerə layiq görülüb, Sloveniyada keçirilən B.W Portret Festivalında və digər beynəlxalq və yerli festivallarda müxtəlif mükafatlar alıb. Bundan başqa o, iki şeir kitabını da nəşr etdirib: “Sən İsmayıl olmayacaqsan” və “Sən mənim tanrım deyilsən”. Paşa hazırda məşhur azərbaycanlı müğənni Alim Qasımovun həyatından bəhs edən sənədli film üzərində çalışır.

Iradə Bağırzadə 1960-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin Rus Filologiyası fakultəsinin bakalavr dərəcəsini bitirib. Hazırda Azərbaycan Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvüdür. 2010-cu ildə Rüstəm İbrahimbəyov adına Bakı Kino Məktəbini ssenari yazısı üzrə diplomla bitirib. ADARI FILMS özəl film kinostudiyasının rəhbəridir.

Mirbağır İsmayılov 1988-ci ildə Lənkəranda doğulub. 2009-cu ildə LDU-nun İngilis dili və ədəbiyyat ixtisasını bitirib. 2008-ci ildən tvdə kino verilişləri hazırlayır. 2014-ci ildən Film Fiction jurnalında redaktor və müəlliflərdən biridir. Rapsodiya (2015), Duman bizi aparacaq (2016) sənədli filmlərinin və Məni iri planda çəkmə (2017) qısa mokumentarinin müəllifidir.

Hazırda “28 metres below sea level” sənədli filminin pre-prodakşını üzərində çalışır.