Ermənistanda Amulsara görə xalq ayağa qalxdı - FOTO

Ermənistanda Amulsara görə xalq ayağa qalxdı - FOTO
12:40 20-09-2019 | icon 36

Ermənistanda Amulsar qızıl yatağının istismarına kütləvi etiraz aksiyaları başlayıb. 

Ermənistan KİV xəbər verir ki, Vayosdzor vilayətinin Cermuk şəhəri, Qndevaz və Keçut kəndlərinin sakinləri yürüş keçirib. 

Bundan başqa, Cermukda fəaliyyət göstərən mehmanxana və kurortların əməkdaşları, eləcə də, məktəblilər tətil elan edərək, onlara dəstək nümayiş etdiriblər. 

Məlumatlara görə, onlar bu gün Cermukda etiraz aksiyası keçirəcəklər. 

Qeyd edək ki, artıq bir ilə yaxındır ki, Ermənistanda Amulsar qızıl mədəni ətrafında baş verən qalmaqal səngimək bilmir.

Avqust ayının 23-də Baş nazir Nikol Paşinyan Amulsar dağında mədənin işləməsinə dair əhali ilə görüşərək, onların fikirlərini öyrənib. O, ekologiya üçün ciddi təhlükə olarsa, mədəndə işin dayandırılacağına söz verib. Amma indi bu vədindən imtina etmək məcburiyyətindədir. Bu isə əhalinin kəskin narazılığa səbəb olub.